İnsanlara hürriyət, millətlərə istiqlal!

İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi

Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib.

Musavvat.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə universitet binasında baş verib.

1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR