İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsimi Nəbizadə narkotikə qurşanmasından və bacısına etdiklərindən danışdı - VİDEO

“Bacımı dərd verdiyimə görə özümü bağışlaya bilmirəm. Kişi bacısını incitməz. O, həmişə mənimlə fəxr edib”. Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Əməkdar jurnalist Nəsimi Nəbizadə deyib.

Narkotikə qurşanmasından danışan jurnalist həyatının son bir neçə ilini “səfeh” dövrü adlandırıb:

“Həmin dövr gəlib 40-la 50 yaşımın arasına düşdü. Heç bilmədim, necə oldu. Pis adamlara lənət olsun”.

O, indiyə qədər ailə qurmadığı üçün peşman olduğunu etiraf edib:

“İnsan vaxtda uduzanda cığallıq edə bilmir, məcbur etiraf edir. Gələn il 50 yaşım olacaq. Hələ ailə qurmamışam. Özümü vaxtda uduzmuş hesab edirəm”.

  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR