İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" azlıqda qalsa da, "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 4

 

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.

"Neftçi Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.

Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

20:46

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyununda hesab açılıb.

Ağdam təmsilçisinin heyətində Marko Yankoviç 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

"Köhlən atlar"ın müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Hazırda görüşdə hesab açılmayıb.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

19:48

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

***

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

Musavat.com-un məlumatına görə, "Neftçi Arena"dakı matç saat 19:00-da start götürüb.

Görüşün baş hakimi Rəvan Həmzəzadədir.

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.

“Qarabağ”: 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.

Qeyd edək ki, Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR