İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski NATO Baş katibi ilə danışdı və BU AÇIQLAMANI VERDİ

Ukrayna Prezidenti Volodimir Zelenski, NATO-nun yeni Baş katibi Mark Rütte ilə mühüm və əhatəli bir müzakirə apardığını bildirib.

Musavat.com -un hazırladığı xəbərə görə, Zelinski qeyd edib ki, görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşünün detalları müzakirə olunub. Zelenskinin sözlərinə görə, Türkiyənin Ukraynanın təhlükəsizlik zəmanətlərində rolu əsas müzakirə mövzularından biri olub.

“Bu prosesdə Ukraynanın geniş beynəlxalq dəstəyə ehtiyacı var. Buraya Avropa, Böyük Britaniya, Türkiyə və ABŞ da daxildir”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski həmçinin Mark Rüttenin ABŞ generalı Kelloqla keçirdiyi görüş barədə məlumat verdiyini bildirib. Onun sözlərinə görə, Ukrayna üçün əsas məqsəd yalnız müvəqqəti atəşkəs deyil, uzunmüddətli və zəmanətli sülhə nail olmaqdır:

“Biz əmin olmalıyıq ki, bir neçə ay və ya il sonra Putin yenidən müharibəyə qayıtmayacaq.”

Tərəflər gələcəkdə beynəlxalq tərəfdaşlarla aparılacaq danışıqları və koordinasiyalı addımları müzakirə ediblər. Zelenski vurğulayıb ki, Rusiya ilə mümkün danışıqlardan öncə bütün tərəfdaşlar Ukraynanın təhlükəsizlik zəmanətlərinin gücləndirilməsinin prioritet olduğunu açıq şəkildə anlamalıdırlar.

“Biz Putinə yenidən hamını aldatmağa imkan verməməliyik.”

Sonda Ukrayna Prezidenti NATO Baş katibinə dəstəyə görə təşəkkür edib.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR