Onlayn ictimai-siyasi qəzet
«Şamaxı» Belajdi Pusinin «Fakel»ə keçidindən pul qazanıb.
Premyer Liqada qalmaq üçün ölüm-dirim mücadiləsi verən «şirlər» bu transferindən böyük miqdarda gəlir əldə edib.
Rusiya klubu albaniyalı hücumçunun müqabilində onlara 140 min dollar civarında ödəməyi etməyi öz üzərinə götürüb.
Ötən ilin yayında «Turan Tovuz»dan dəvət olunan forvardın kontraktı 4 ay sonra bitəcəkdi. Azərbaycandan getmək üçün özü də «Şamaxı»lı rəsmilərə və məşqçilərə xeyli dil töküb.
Yerli premyerliqada mübarizə aparan Voronej təmsilçisi 1998-ci il təvəllüdlü forvarda az məvacib ödəməyəcək.
Pusibu bu ölkədə hər ay 15 min dollar qazanacaq.
«Fakel» hazırda çətin vəziyyətdədir. Çempionatda işləri qətiyyən yaxşı getmir.
Geridə qalan 18 turda cəmi 2 qələbə qazanan komanda 14 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Aktivində 11 qol olan voronejlilərin passivində 8 heç-heçə və 8 məğlubiyyət var. (sportinfo.az)
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ