Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts, Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı münasibətlərin gərginləşdiyini və yanlış istiqamətdə irəlilədiyini bildirib.
Musavat.com bildirir ki, o, Fox News-a müsahibəsində Trampın əsas hədəfinin atəşkəs elan edərək müharibəni dayandırmaq və genişmiqyaslı sülh sazişi əldə etmək olduğunu vurğulayıb:
“Hazırda vəziyyət çətindir və münasibətlər açıq-aşkar düzgün istiqamətdə getmir. Lakin Prezident Tramp döyüşlərin dayandırılmasına, atəşkəsə və genişmiqyaslı razılaşmaya nail olmağa fokuslanıb.”
Trampın müşaviri bildirib ki, bəzi dairələr hələ də müharibənin sonsuz davam edə biləcəyini düşünür, lakin bu dövr artıq bitib:
“Yüz milyardlarla dollara, yüz minlərlə, bəlkə də milyonlarla insanın həyatına başa gələn bu sonsuz müharibələr dövrü artıq bitib. Prezident Tramp açıq şəkildə bildirib ki, o, bu müharibəni sona çatdırmaq niyyətindədir. Bütün tərəflər bunu anlamalıdır.”
Uolts, Ukrayna və bəzi Qərb ölkələrinin Trampın sülh planına qarşı sərgilədiyi mövqeyi və sərt ritorikanı tənqid edib. O, xüsusilə Trampın planında ABŞ-ın Ukraynanın nadir yeraltı mineral ehtiyatlarına çıxış əldə etməsi ilə bağlı maddəyə verilən reaksiyaları “qəribə ritorika” adlandırıb.
“Biz artan müqavimət və sərt ritorika ilə qarşılaşırıq, lakin Prezident bunun davam etməsinə imkan verməyəcək.”
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ