Onlayn ictimai-siyasi qəzet
Bu həftə Vyanada keçiriləcək Qış Sessiyası ərəfəsində ATƏT Parlament Assambleyasının iqtisadi və ətraf mühit məsələləri Baş komitəsinin sədri Azay Quliyev (Azərbaycan) bu gün ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə hökumət nümayəndələri ilə görüşlər keçirib.
Bu barədə ATƏT PA-nın yaydığı açıqlamada deyilir( https://www.oscepa.org/en/news-a-media/press-releases/2025/osce-pa-economic-and-environmental-chair-guliyev-meets-with-counterparts-from-the-osce-to-explore-areas-of-co-operation)
Quliyev Finlandiyanın ATƏT sədrliyi nümayəndələri, o cümlədən Finlandiya İkinci Ölçü (İqtisadiyyat və ətraf mühit) Komandasının rəhbəri Edit Vakkilaynen və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru səfir Bakıt Jüsüpov ilə görüşərək iqlim dəyişikliyi, süni intellekt, enerji təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, miqrasiya, əlaqələndirmə və korrupsiya kimi məsələləri müzakirə edib.
Azay Quliyev ATƏT PA-nın strukturu və iqtisadi-ətraf mühit ölçüsündə əsas fəaliyyətləri barədə məlumat verib. O, xüsusilə Portuqaliyanın Lissabon şəhərində keçirilən "Süni İntellekt Dövründə Təhlükəsizlik" mövzusunda ATƏT PA Konfransına toxunaraq, bu tədbirin Buxarest İllik Sessiyası zamanı mühüm qətnamələrin qəbuluna və yeni Süni İntellekt üzrə Xüsusi Nümayəndənin yaradılmasına zəmin yaratdığını qeyd edib.
Vakkilaynen və Quliyev ATƏT PA-nın prioritetlərini və bunların sədrliyin proqramı ilə necə uzlaşdığını müzakirə ediblər. Buraya iqlim böhranının enerji təhlükəsizliyi, su qıtlığı və regional sabitliyə təsiri, ATƏT kontekstində miqrasiya ilə bağlı problemlərin anlaşılması, süni intellektin yaratdığı imkanlar və risklər, eləcə də əməkdaşlığın və yaxşı idarəetmənin gücləndirilməsi vasitəsilə iqtisadi inkişafın təşviqi kimi məsələlər daxil olub.
Səfir Jüsüpovla görüşdə Quliyev ATƏT-in ikinci ölçü tədbirlərinə, o cümlədən İqtisadi və Ətraf Mühit Forumuna ATƏT PA-nın töhfə verməyə hazır olduğunu vurğulayıb. COP29 (Bakı) qərarlarının icrası məsələləri də müzakirə edilib və bu çərçivədə yaxın gələcəkdə birgə tədbirin keçirilməsi imkanları nəzərdən keçirilib.
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ