Onlayn ictimai-siyasi qəzet
Türkiyə millisinin və İspaniyanın "Real" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Gülər komandasındakı mövcud vəziyyətdən razı deyil.
Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com"saytı məlumat yayıb.
İspaniyanın "Sport" nəşrinin məlumatına görə, Arda Gülerin 2026-cı ildə keçiriləcək Dünya Çempionatına daha yaxşı hazırlaşmaq üçün gələn mövsüm daha çox oyun vaxtı qazanmaq istədiyi bildirilir. Bu səbəbdən də Ardanın mövsümün sonunda icarəyə göndərilmək üçün komandadan ayrılmaq fikrində olduğu yazılıb.
Bir müddət əvvəl İspaniya mətbuatı "Paris Sen-Jermen"in Arda Gülərlə maraqlandığını və fransız komandasının baş məşqçisi Luis Enrikenin 19 yaşlı futbolçu ilə transfer üçün əlaqə saxladığını iddia edib.
Qeyd edə ki, Arda Güler cari mövsümdə "Real Madrid"in heyətində 27 oyunda cəmi 967 dəqiqə meydanda olub. 19 yaşlı futbolçu bu matçlarda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 45 milyon avro olaraq göstərilən Arda Gülərin Real Madridlə 2029-cu ilə qədər müqaviləsi var. Endrik isə oynamaq şansı qazandığı 400 dəqiqədə 5 qol vurub, 1 məhsuldar ötürmə edib.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ