İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu da “Avroviziya” mahnımız - VİDEO

Azərbaycanın “Avroviziya 2025” musiqi yarışmasındakı mahnısı bəlli olub.

“Mamagama” qrupu may ayında Avropa səhnəsinə “Run with U” adlı mahnı ilə çıxacaq.

Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnının artıq rəsmi klipi də təqdim olunub. Ekran işində əvvəlki “Avroviziya” təmsilçilərimiz İlkin Dövlətov, Fahree, Tural və Turan Bağmanov da yer alıb.

Qeyd edək ki, beynəlxalq musiqi yarışması bu il İsveçrənin Bazel şəhərində keçiriləcək.

Azərbaycan mayın 13-ü keçiriləcək birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də baş tutacaq.

Rəsmi klipi “Avroviziya”nın rəsmi yutub kanalında izləyə bilərsiniz:

“Qafqazinfo”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR