Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski keçirdiyi mətbuat brifinqində ölkəsinin beynəlxalq səviyyədə apardığı işlər, gələcək diplomatik görüşlər və ABŞ-Rusiya danışıqları barədə danışıb.
Musavat.com bildirir ki, o, ABŞ prezidenti Donald Trampın son bəyanatları və Vaşinqtonun Kiyevə yardımı ilə bağlı məsələlərə toxunub. Eyni zamanda, Rusiya tərəfindən aparılan dezinformasiya kampaniyalarına qarşı mübarizənin vacibliyini vurğulayıb.
“Biz Ukraynanın hüquqlarını müdafiə edirik, çünki bilirik ki, biz haqlıyıq”, – deyə Zelenski bildirib.
Prezident həmçinin Ukraynanın gələcək beynəlxalq görüşlər və diplomatik təşəbbüslər çərçivəsində müttəfiqləri ilə koordinasiyalı şəkildə işləməyə davam edəcəyini qeyd edib.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ