Onlayn ictimai-siyasi qəzet
Zaqatala rayonunda avtomobil yolunun kənarında çoxillik ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.
Musavat.com "Baku TV"yə istinadən xəbər verir ki, rayonun Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində ağacların kəsilməsi və qanunsuz budanması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3-cü (Qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Məsələ Zaqatala Rayon İcra Hakimiyyətində də müzakirə olunub. Belə ki, ərazisində ekoloji nəzarətin təşkilində yol verdiyi səhlənkarlığa görə Maqov ərazi dairəsi üzrə nümayəndə Ramazan Davudov tutduğu vəzifədən azad edilib.
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ