Onlayn ictimai-siyasi qəzet
“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5
Xəbər verildiyi kimi, bu gün (5 mart) Bakıda Heydər Əliyev adına neft emalı zavodunda yanğın baş verdi. İlk baxışdan təsadüfü görünən bu hadisədə ciddi riyazi qanunauyğunluqlar vardır və bu qanunauyğunluqlar Quran rəmzləri olan 114, 286 və 555 ədədləri ilə özünü biruzə verir. Hesablamalarımız göstərir ki, baş verən yanğın təsadüfü olmayıb, Allahdan növbəti (kodlaşdırılmış) xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı faktlardan aydın görmək olur:
1) Xatırladaq ki, keçən ilin iyulun 22-də Azərbaycanda insanları həyəcana salan 5 ballıq zəlzələ baş verdi; bu gün onun 228-ci günüdür ki, bundan da 114 çıxsaq, yenə də Quran rəmzi görünür və hadisələrin Allahın elminə (Kitabına) tabe olmaqla, xəbərdarlıq mesajı olduğunu təsdiq edir:
228 – 114 = 114
2) Bu gün həmçinin, 07.12.2023 tarixdə baş verən və Bakı əhalisinə həyəcan yaşadan 5,6 bal zəlzələnin 456-cı günüdür ki, bu da Quran rəmzinin dörd mislidir:
456 – 114 – 114 – 114 = 114
3) Bu gün həmçinin, 21.04.2023 tarixli astronomik xəbərdarlığın (Günəş tutulmasının) 686-cı günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də surələrin sayı görünür və verdiyimiz xəbərin Allahdan olduğunu bir daha təsdiq edir:
684 – 286 – 286 = 114
4) Bu gün 05.05.2023 tarixli Günəş tutulmasının 669-cu günüdür ki, bundan da Quran rəmzini çıxsaq, tövbə və cəza rəmzi olan 555 ədədi alınar və diqqətimizi tövbə edib, Yaradanın qanunlarına tabe olmağın vacibliyinə yönəldər:
669 – 114 = 555
5) Yadınıza salaq ki, üç il öncə Almaniyadan ABŞ-a bahalı, dəbdəbəli maşınlar daşıyan gəmi maşınlarla birlikdə yandı (19.02.22). Bu gün həmin yanğının 1110-cu günüdür ki, bundan da tövbə rəmzini çıxsaq, yenə də cəza rəmzi alınır:
1110 – 555 = 555
(Dünən Bkı-Quba yolunda içərisində satılmaq üçün xaricdən gətirilən çoxlu sayda bahalı maşınlar olan yük maşını yananda saat fərqini nəzərə almaqla ABŞ-dakı gəmi yanğınının 1110-cu günü idi...) Və s
NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, bu gün (5 mart) H. Əliyev aına neft emalı zavodunda baş verən yanğın Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Oxucuda sual yarana bilər ki, yanğın Allahdandırsa bəs bəndə onu necə söndürə bildi? Qeyd edək ki, bu və indiyə qədər hesablamasını təqdim etdiyimiz faciyəvi hadisələr (yanğınlar, zəlzələlər, qəzalar...) Allahdan olsa da, bunlar heç biri bəla deyildir. Bunlar hamısı gələcək bəlanın xəbərdarlığıdır; ona görə qarşısı alına bilindi. Bildiyim qədər bəla ağlasığmaz, çox dəhşəti bir hadisə olacaq və bunu ancaq Nuh qövmünə, Lut qövmünə, Saleh qövmünə göndərilmiş bəlalarla müqayisə etmək olar (onlara göndərilmiş bəlalar Quranın 7, 11, 21, 26, 71 və digər surəlrində təsvir olunub). Bu cür bəlaların qarşısını insan heç vaxt ala bilməz; bu bəladan ancaq qabaqcadan (bəlanı görməzdən öncə) tövbə edən şəxs (!) qurtula bilər (bəlanı görəndə artıq tövbə qapıları bağlanmış olur). Yəni, birinin tövbəsi digərinə fayda verməz. Bizdən əvvəlki qövmlərə həmin bəlalar gəlndə dövrün xəbər verənləri (onlar peyğəmbər olmaqla, həm də carçı funksiyasını yerinə yetirirdilər) öz övladlarını, həyat yoldaşlarını belə xilas edə bilmədilər. Rəbbim bu barədə belə buyurur: “Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən tövbə qəbul olunmasın...” “İnək” surəsi, 48. Yəni, Allah izn verməsə heç bir Xilaskar insanı bəladan qurtara bilməz! Bəşər tarixinə nəzər salsaq görərik ki, bu cür ağılasığmaz bəlalardan o adamlar xilas olublar ki, onlar xəbər verənin (carçının) tövsiyələrini dinləyərək, Allah qarşısında tövbə edib, doğru yola qayıdıblar (qalan bütün tövbə etməyən əhali (peyğəmbərlərin ailə üzvləri də daxil) məhv olublar). Peyğəmbərləri onların bəladan sonrakı halına baxıb, yalnız bunu deyə bildilər: "Dedi: 'Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim (sizsə mənə lağ etdiniz). İndi sizə necə yas tutum?"
Quran, 7:93
Elmi-lədun hesablamalarımız göstərir ki, həmin ağlasığmaz (qarşısıalınmaz) bəlanın baş verməsinə iki aydan az vaxt qalıb!!! Odur ki, mənə inananlara tövsiyyə edirəm ki, həm özləri tövbə etsinlər, həm də doğmalarına, yaxınlarına, qurtulmasını istədikləri şəxslərə bunu tövsiyyə etsinlər. Əgər onları inandıra biməsəniz, onda mənim bu və digər məqalələrimi, hesablamalarımı onlara göndərin (məqalələrimin linkini şərh bölümündə).
“Bu xəbərdarlıqlar ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola zülmlə məhv etməyi özünə rəva bilməz!” Quran, 6:131
“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17
Dr. Paşa Yaqub – Pangeyist
5 mart 2025
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ