Onlayn ictimai-siyasi qəzet
Fransanın nüvə dövləti kimi Avropa liderliyinə iddiaları və onun prezidenti Emmanuel Makronun müvafiq ritorikası ziddiyyət gücləndiricidir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Makronun çıxışını oxusanız, belə bir hiss yaranır ki, Fransa müharibənin davamını istəyir. Üstəlik, Fransa artıq nüvə silahından təhlükəsizlik məqsədilə istifadə etməyə hazırdır. Bu, artıq nüvə ritorikasıdır, Avropada nüvə liderliyinə iddiadır. Yəni bu, qarşıdurmadır, ziddiyyətdir".
Peskov Emmanuel Makronun Rusiya ilə sülh əldə edildikdən sonra Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinə çağıran bəyanatını "qarşıdurmaya çağırış" adlandırıb./Yenisabah.az
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ