İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazim Baydəmirli haqqında QƏRAR VERİLDİ

Ötən gün saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Rəsmi məlumatda deyilir ki, Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb.

Qeyd edilib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək, 50 min manat pul tələb etdiyini deyib. O, bu ilin il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR