İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Valuyevə şillə kimi CAVAB: "İnkişafdan qalan Neandertalsan"

“Vahid Rusiya” partiyasının deputatı Nikolay Valuyev azərbaycanlıları “şobla” adlandırıb. Bu ifadə, əslində, Valuyevin elə özünü xarakterizə edir".

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

"Üstəlik, "şobla"nın orta statistik nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, bu sözə elə ən çox Nikolay Valuyevin portreti uyğun gəlir:

"Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, bu nadir eksponat tam inkişaf etməyərək Neandertalla Homo saphiens arasında bir yerdə ilişib qalıb.  Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir". 

Qeyd edək ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan "Velikorus şovinizmi"nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR