Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Mersin "Gömrük Mühafizəsi Qaçaqçılıq və Kəşfiyyat Müdirliyi" əməkdaşları Türkiyə tarixinin ən maraqlı qaçaqmalçılıq hadisələrindən birini üzə çıxarıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, gömrükdə bağçılıq və tekstil materialları olduğu bildirilən konteynerlər açıldıqda, içərisindən 24 lüks avtomobil və cip aşkar edilib. Avtomobillərin ümumi bazar dəyərinin təxminən 357 milyon lirə olduğu açıqlanıb.
"Sözcü" qəzetinin jurnalisti Sayqı Öztürkün məlumatına görə, alıcı E.B adına göndərilən konteynerlərdə çəngəl, kürək, xalça və toxuculuq materiallarının olduğu bildirilib. Lakin gömrük əməkdaşları risk analizi nəticəsində 12 konteynerdə sıxlıq qeydə alıb və daha ətraflı araşdırma aparmağa qərar verib.
Yoxlama zamanı konteynerlərin içərisindən Ferrari də daxil olmaqla müxtəlif marka və modellərdə 24 lüks avtomobil və cip aşkar edilib. Bu kəşfiyyat nəticəsində avtomobillərin qaçaq yolla ölkəyə gətirilməsinin qarşısı alınıb. Hadisə ilə bağlı istintaq davam edir.
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ