İnsanlara hürriyət, millətlərə istiqlal!

BP Almaniyadakı aktivlərini də satışa çıxardı

BP şirkəti Almaniyadakı aktivini Ruhr Oel GmbH-BP Gelsenkirchen-i satmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı şirkət özü yayıb. Bildirilir ki, şirkət bununla bağlı alqı-satqı müqaviləsini 2025-ci ildə imzalamağı planlaşdırır.

BP-nin müştərilər və məhsullar üzrə icraçı vitse-prezidenti Emma Delaney deyib: "Diqqətlə nəzərdən keçirdikdən sonra biz belə qənaətə gəldik ki, bu aktivin inkişafı üçün ən uyğun olan yeni sahibdir. Biz əminik ki, NEZ yeni mülkiyyətdə öz potensialını tam şəkildə reallaşdıra biləcək".

Ruhr Oel GmbH - BP Gelsenkirchen (ROG) hazırda təxminən 2000 işçi qüvvəsi ilə Horst və Scholvendəki iki neftayırma zavodunu inteqrasiya olunmuş emal və neft-kimya sahəsi, eləcə də Bottropda çən ferması kimi idarə edir. Emal gücü ildə təxminən 12 milyon ton neftdir. Kompleks dünyanın hər yerindən xammalı emal edərək yüksək keyfiyyətli yanacaq istehsal etmək, bioyanacaq və təkrar emal olunmuş plastik emal etmək potensialına malikdir. Gelsenkirchen sahəsi Şimali Reyn-Vestfaliyada kimya sənayesində də əsas rol oynayır.

Bundan əlavə, ROG “DHC Solvent Chemie GmbH” kimya zavodunun yeganə sahibidir və Hollandiyadakı Maatschap Europort Terminalında (MET) paya malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR