İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya artıqenerji resurslarından şantajkimi istifadə edə bilməyəcək– Kaya Kallas

Estoniya, Latviya və Litva sabahdan etibarən Rusiya elektrik şəbəkəsindən tamamilə ayrılaraq Avropa İttifaqının enerji sisteminə qoşulacaq.

Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas məlumat verib.

"Rusiya artıq enerji resurslarından şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bu, Avropanın azadlıq və birliyinin qələbəsidir", – deyə Aİ diplomatiyasının rəhbəri sosial şəbəkədə yazıb.

Baltikyanı ölkələr Rusiya və Belarusun enerji sistemindən çıxaraq Avropa İttifaqının elektrik şəbəkəsinə qoşulma prosesini tamamlayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR