Onlayn ictimai-siyasi qəzet
Almaniya və digər NATO ölkələri Trampın hədələrinə cavab olaraq Qrenlandiyaya qoşun göndərməyi müzakirə ediblər.
Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, alyans üzvləri ABŞ-ın adaya müdaxiləsi halında NATO nizamnaməsinin 5-ci maddəsinə müraciət etməyi müzakirə ediblər.
Lakin bu variant tezliklə rədd edilib. Çünki onun həyata keçirilməsi üçün ABŞ da daxil olmaqla NATO-ya üzv olan 32 ölkənin hamısının yekdil dəstəyi tələb olunacaqdı.
Alyans üzvləri NATO-nun 4-cü maddəsinin tətbiqini məqsədəuyğun hesab edib. Bu maddə, alyansın hər hansı bir üzvünün "ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi" təhdid altında olduqda təcili məsləhətləşmələrin başlanmasına imkan verir.
İqbal,
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ