Onlayn ictimai-siyasi qəzet
7 fevral 2025-ci il tarixində Azərbaycan–Ermənistan dövlət sərhədində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Ermənistan Respublikasının Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub.
Musavat.com xəbər verir ki, görüş zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki tərəf komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılığa gəlib.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ