Onlayn ictimai-siyasi qəzet
Fransanın sabiq prezidenti Nikola Sarkoziyə elektron qolbaq taxılacaq.
Musavat.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, sabiq prezident bu cümə günü məhkəmənin qərarı ilə elektron nəzarət qolbağı taxmalı olacaq.
Bu cəza ona telefon dinləmələri ilə bağlı iş üzrə verilib.
Bildirilir ki, keçmiş prezident ötən həftə məhkəməyə çağırılıb və hökmün icra şərtləri barədə məlumatlandırılıb.
Qeyd edək ki, 2023-cü ilin may ayında Apellyasiya Məhkəməsi Sarkozini “korrupsiya və nüfuz alverində” təqsirli bilib və onu 1 il həbs cəzasına məhkum edib. Bundan əlavə, o, 2 il şərti cəza alıb.
Belə ki, Sarkozi Fransanın elektron qolbaq taxmaq cəzası alan ilk prezidenti oldu.
İqbal,
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ