Onlayn ictimai-siyasi qəzet
Dünən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi barəsində Sərəncam imzaladı.
Naxçıvanla bağlı çox arzu etdiyimiz bir qərar qəbul edildi. Bu Proqram sənəddə Naxçıvanın social-iqtisadi inkişafı ilə bağlı olduqca önəmli məsələlər öz əksini tapıb. Lakin əsas hədəf Naxçıvanda azad iqtisadi zonanın yaradılmasıdır. Mən deyərdim ki, Naxçıvanda azad iqtisadi zonanın yaradılması ilə Azərbaycanın bu bölgəsində a-dan z-yə qədr bütün sahələrin inkişafı üçün geniş meydan açılmış olacaq.
Bu gün Naxçıvanda azad iqtisadi zonanın yardılması üçün tam tarixi zəmin yetişib. Şərqlə qərbi birləşdirən ən qısa yollardan birinin Naxçıvandan keçməsi, onun coğrafi əhəmiyyətinin başlıca şərtidir. Zəngəzur dəhlizinin açılması isə Naxçıvanda azad iqtisadi zonanın yaradılması şanslarını bir on artırır. Bu dəhliz isə açılacaqdır. Dəfələrlə dediyimiz kimi, bu dəhlizin açılıb-açılmaması Ermənistan və ya İran məsələsi deyil. Bu dəhlizin açılmasında Amerika Birləşmiş Ştatları, Çin, Avropa İttifaqı ölkələri və bir çox digər ölkələr yetərincə maraqlıdırlar. Quru yolla yüklərin daşınmasının su yolu ilə daşımalardan iki dəfədən tez başa gəlməsi, mövcud kapitalın dövriyyəsinin iki dəfə sürətlənməsi və deməl qazancın da iki dəfə artıq olması deməkdir. Bu səbəbdən Zəngəzur dəhlizi mütləq açılacaqdır. Dövlət başçımızın bu mövzuda dəfələrlə “Ermənistan istəsə də istəməsə də dəhliz açılacaqdır” deməsi sadə bir məsələ deyil. Prezidentin bu gün yaxın illərdə Naxçıvanın social-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq etməsi və bu Proqramda birinci sırada Naxçıvanda azad iqtisadi zona yaratmaq hədəfinin qoyması heç təsadüfi deyil.
Beləliklə, biz yaxın illər ərzində Naxçıvan simasında Qafqazın Dubayını görə biləcəyik. Onsuz da 44 günlük ikinci Qarabağ savaşındakı qələbədən sonra bütün yollar buna aprırdı. Bu gün biz o yolun sonuna – Naxçıvanda azad iqtisadi zonanın yaradılmasının başlanmasına gəlib çatdıq. Naxçıvanda bununla da iqtisadiyyatın və ticarətin inkişafı üçün böyük imkanlar yaranacaq. Azərbaycanın bu qaynar ticarət məkanına iri həcmdə xarici investisiyalar axıb gələcək. Azad iqtisadi zonada yatırılan investisiyalar investorlar üçün daha ciddi mənfəət vəd edir. Çünki bu məkanda sərbəst və güzəştli fəaliyyət şansları olur.
Ermənistan bir müddətdən sonra indi “tərəddüdlə yanaşdığı” Zəngəzur dəhlizinin yetərli bəhrəsini görüb bu dövlətin varlığının məhz Zəngəzur dəhlizindən keçdiyini ayılacaq. Çünki, Ermənistanın bir dövlət kimi bu regionda varlığı indi bundan asılıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bütün bunları real anlayır, onun bu məsələnin həllində “tərəddüdlü mövqeyi” isə aqressiv erməni elektoratını zamanla ram etməyə hesblanmış manevrdən başqa heç nə deyil.
Qərblə şərqin, şimalla cənubun əlaqələndirilə biləcəyi bir coğrafiyada yerləşən Naxçıvanın bu gün dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilmək şansları ortadadır! Uğurlar!!!
Fikrət Yusifov
Professor, sabiq maliyyə naziri
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ