Onlayn ictimai-siyasi qəzet
Vladimir Zelenskinin Ukraynanın Krımı Rusiyanın ərazisi kimi tanımaması ilə bağlı açıqlamaları münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlara zərərlidir.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb: "Ukrayna prezidenti Vladimir Zelenski "The Wall Street Journal"ın ön səhifəsində öyünür: "Ukrayna Krımın işğalını qanuni olaraq tanımayacaq. Burada danışılası heç nə yoxdur." Bu bəyanat Rusiya ilə sülh danışıqlarına çox ziyan vurur, çünki Krım uzun illər əvvəl ABŞ prezidentinin barak Obamanın təhriki ilə itirilib və heş müzakirələrin subyekti deyil. Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir, amma o, Krımı istəyirsə, niyə 11 il əvvəl bir güllə belə atılmadan Rusiyaya təhvil veriləndə onun uğrunda mübarizə aparmadılar”?
O, Zelenskinin lovğalanmağa başqa heç nəyi yoxdur: "Ukrayna üçün vəziyyət ağırdır - o, sülh bağlaya bilər və ya bütün ölkəni itirənə qədər daha üç il mübarizə apara bilər".
Tramp sülh sazişinin bağlanmağa yaxın olduğunu iddia edib: "Zelenskinin bu gün verdiyi bəyanat "ölüm sahəsini" genişləndirməkdən başqa heç nə etməyəcək və heç kim bunu istəmir! Biz razılığa çox yaxınıq, lakin "oynamaq üçün kartı olmayan" adam nəhayət bunu etməlidir. Mən Ukrayna və Rusiyaya prezident olsaydım heç vaxt başlamayacaq olan bu tam qarışıqlıqdan çıxmağa kömək etməyi səbirsizliklə gözləyirəm"”.
Musavat.com
24 Aprel 2025
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ