Onlayn ictimai-siyasi qəzet
"Bu hadisə bir dəfə olub. Bərkgedən əyləncə mərkəzində idik. Mən Rühəngiz Allahverdiyeva ilə çalışırdım, əl tutub məni toya çıxardıb. Onun oğlan oxuyanı idim, pulumu da o verirdi. Çay məsələsini vurğulamaq mütləq idi? Xətrimə dəydi. Biz eyni yaşdayıq".
Bu sözləri müğənni Nadir Qafarzadə "Xəzər axşamı" verilişində deyib.
Sənətçi Xalq artisti Faiq Ağayevin onunla bağlı dediyi "Toyda idik, mənə çay verirdi. Mən də pulunu verdim, dedim, növbəti toylarda görüşərik" sözlərinə cavab verib:
"İncimirəm, bədbəxtəm küsə bilmirəm. Anasını sevirəm, Allah ona can sağlığı versin. Amma elə şeylər var ki, danışmaq olmaz. Bizim yaşımız eynidir. O vaxt Əməkdar artist idi, indi Xalq artisti olub, əla. Mən danışanda çalışmıram kimisə aşağılayım. Mən qayınatayam, iki bığıburma oğlum var, övladım evlidir, yeni qohumlarım var. Çay vermək eyib deyil, amma bunu demək lazım deyildi. Mən çayçı deyiləm çay verim. Orada ofisiant var. Məni isə toya Rühəngiz Allahverdiyeva aparıb". (Axşam.az)
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ