Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, tanınmış jurnalist, “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının səhhətindəki ciddi pisləşmə ilə əlaqədar vəkilləri Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə iclası 24 aprel 2025-ci il, saat 15:15-də, hakim Nigar Qədirlinin sədrliyi ilə baş tutacaq.
Əvəz Zeynallının yaxınları onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini, durumu getdikcə ağırlaşdığını bildirirlər. Müdafiə tərəfi onun səhhətinə görə həbsdən azad edilməsini xahiş edir. Ailəsi və bir qrup KİV rəhbəri, ictimai -siyasi xadimlər də Prezidentə müraciət edərək, Əvəz Zeynallının əfv olunmasını xahiş ediblər.
Musavat.com xatıraldır ki, Əvəz Zeynallı 2022-ci ilin sentyabrında saxlanılıb və ona qarşı bir neçə ağır cinayət ittihamı irəli sürülüb. Əsas ittihamlar bunlardır:
• Azərbaycan Respublikası CM 311.3.3-cü maddə – Külli miqdarda rüşvət alma
• CM 312-1.1-ci maddə – Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə
İstintaq versiyasına görə, o, “Baku Steel Company”nin keçmiş rəhbərinin həyat yoldaşından 20 min manat alıb. Daha sonra yeni epizodlar və şahid ifadələri ilə ittihamlar genişləndirilib.
Zeynallı özünü təqsirli bilmir, ittihamların jurnalist fəaliyyətinə görə irəli sürüldüyünü deyir və siyasi sifariş olduğunu iddia edir.
2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Zeynallını təqsirli bilib və 9 il azadlıqdan məhrum etmə cəzası verib.
2024-cü ilin dekabrında Ali Məhkəmə cəzanı 8 il 10 ay olaraq dəyişib.
Musavat.com
24 Aprel 2025
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ