İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücü öldü, oğlu və qohumu yaralandı - Foto

Aprelin 22-də keçən gecə Şəkidə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkidən keçən hissəsində 44 yaşlı Təvəkkül Şirəliyevin sürdüyü “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən vəfat edib. Avtomobildə olan T.Şirəliyevin 2016-cı il təvəllüdlü oğlu Kənan və baldızının 15 yaşlı oğlu Fəqan Qocayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəzada ölən şəxs Şəkidə telefon ustası kimi fəaliyyət göstərirmiş. İlkin məlumata görə, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar.


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR