İnsanlara hürriyət, millətlərə istiqlal!

Bugünkü zəlzələni əvvəlcədən təxmin edən professordan yeni açıqlama

Bu gün İstanbulun Silivri sahillərində 6,2 bal gücündə baş verən zəlzələ böyük təşvişə səbəb oldu. Hadisədən bir neçə gün əvvəl CGTN Türk YouTube kanalında danışan Prof. Dr. Şener Üşümezsoy, "Kumburqaz və Silivridə 6.0-6.5 bal gücündə zəlzələ ola bilər" sözlərini demişdi.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prof. Dr. Şener Üşümezsoy yeni zəlzələ ehtimalı ilə bağlı danışıb:

"Silivri ilə Kumburqaz arasında uzanan fayın İstanbul içərisində davamı yoxdur. Kumburqaz-Silivri çökəklik zonasında 6,2 bal gücündə zəlzələ riski var. Nə vaxt baş verəcəyi bilinmir, amma Şimal Anadolu Fayı ilə məşğul olanların çoxu qarşıdakı 10 ildə 6,5 bal gücündə zəlzələ gözləyir. Marmara dənizindəki aktiv hissə 150 km-dir, amma bəzi mütəxəssislər 400 km-lik zəlzələ proqnozlaşdırır."

Üşümezsoy həmçinin Elm Şurası üzvlərini sərt tənqid edərək aşağıdakı fikirləri səsləndirib:

"Hamı 6 fevralda 'Marmara dağılacaq' deyə ağlayırdı, mən bunlara fikir vermədim. Deyirdilər ki, '2 il içində Marmara boyunca fay qırılacaq', amma mən dedim ki, 1999-cu ildə bu faylar artıq qırılıb. 'Silivri və Kumburqaz fay çökəklikləri 6,2 bal gücündə zəlzələ verə bilər' - və bu gün məhz həmin ərazidə zəlzələ oldu."

"İstanbuldan çıxın" deyirdilər. 6 fevralda Adanadan keçən bir faydan danışırdılar, halbuki o fay Antakyadan keçir. İstanbul üçün hazırlanmış ssenarilərdə Adalardan başlayan fay xətti göstərirlər - amma bu mexanizmanı bilmədikləri üçün bu cür danışırlar."

Üşümezsoyun sözlərinə görə, İstanbulda tez-tez gündəmə gətirilən "böyük zəlzələ" ssenariləri elmi əsasdan çox uzaqdır və mediyada yer alan bəzi mütəxəssislər cəmiyyətə yanlış mesajlar verir.

Onun fikrincə, bugünkü zəlzələ elmi analiz və müşahidəyə əsaslanaraq əvvəlcədən proqnozlaşdırıla biləcək bir hadisə idi - lakin rəsmi qurumlar bu ehtimalı görməzdən gəldilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR