İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə hökuməti zəlzələdə binalara dəyən ziyanla bağlı 378 bildiriş alıb

İstanbul zəlzələsindən sonra binaların strukturlarının zədələnməsi ilə bağlı qaynar xəttə 378 bildiriş gəlib.

“Report” xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, 12 binanın sakini təhlükəsizlik məqsədilə təxliyə edilib: “Binalara ziyan dəyməsi ilə bağlı 378 bildiriş daxil olub. Dərhal yoxlamalar apardıq. Ehtiyat tədbiri olaraq Fatih rayonunda biri tərk edilmiş bina olmaqla 12 binanı təxliyə etdik”.

O əlavə edib ki, mütəxəssislər yaxın 4 gün ərzində binalara ətraflı baxış keçirəcəklər: “Bu müddət ərzində vətəndaşlar istəsələr, cümə gününə qədər dərslərin bağlanacağı məktəblərdə müvəqqəti qala və gecələyə bilərlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR