İnsanlara hürriyət, millətlərə istiqlal!

Pensiya yaşı 65-dən 60-a ENİR - Bakı sakinlərindən kimlər razıdır, kimlər narazı? - ŞOK CAVABLAR

"Əmək pensiyaları haqqında" Qanuna yeni dəyişikliklər edilir. Bu dəyişikliklərə əsasən, bəzi vətəndaşlar üçün pensiya yaşı 65-dən 60-a endirilə bilər. Bəzi insanlar məsələn, çoxuşaqlı analar - 5 və ya daha çox uşaq dünyaya gətirib böyütmüş qadınlar pensiyaya daha tez çıxa biləcəklər. Həmin şəxslərin pensiyası dövlət büdcəsindən ödəniləcək, yəni dövlət onların pensiyasını öz vəsaiti hesabına ödəyəcək.

Qeyd edək ki, bu dəyişiklik hələ tam qüvvəyə minməyib, amma parlamentdə qəbul edilməsi üçün artıq ikinci mərhələdən keçib və plenar iclasa təqdim olunub.

Bəs vətəndaşların bu dəyişikliklərdən hansı gözləntiləri var?

TV Musavat-ın əməkdaşları bu sualla paytaxt sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR