Onlayn ictimai-siyasi qəzet
Bu ilin əvvəlindən NATO qüvvələri Rusiyanın hərbi təyyarələrini ümumilikdə doqquz dəfə havada müşayiət olub. Bu barədə Bild nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Musavat.com xəbər verir ki, son insident dünən baş verib. Almaniya Hərbi Hava Qüvvələrinin qırıcıları təcili siqnal əsasında havaya qalxaraq Rusiyaya məxsus İl-20M tipli kəşfiyyat təyyarəsini "perexvat" ediblər.
Məlumata görə, Rusiya təyyarəsi uçuş planını təqdim etmədən və tanıtma siqnalı olmadan Polşa və Almaniya arasında beynəlxalq hava məkanına doğru hərəkət edib.
Hadisə Baltik dənizi üzərində baş verib. Almaniyanın iki Eurofighter qırıcısı İl-20M-in qarşısını kəsərək onun hərəkət trayektoriyasını müşahidə edib və təyyarəni təhlükəsiz məsafəyə yönəldib.
Ekspertlər NATO ilə Rusiya arasında bu cür hadisələrin sayının artmasını regionda hərbi gərginliyin davam etməsinin əlaməti kimi qiymətləndirirlər.
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ