İnsanlara hürriyət, millətlərə istiqlal!

Natiq Cəfərli və Kəramət Böyükçöl sosial mediada bir-birinə elə sözlər yazdı ki... - FOTOLAR

ReAL Partiyasının icra katibi, ekspert Natiq Cəfərli Xalq yazıçısı Çingiz Abdullayevin müdafiəsinə qalxıb.

Musava.com xəbər verir ki, N.Cəfərli bununla bağlı mövqeyini sosial şəbəkə hesabında bildirib.

Həmin paylaşımı təqdim edirik:

“Unikal toplumuq, dünyada 32 dildə 27 milyon nüsxə ilə kitabları çap olunmuş yazıçını, öz yazdığını özü satmağa çalışan yazar-çizərlər aşağılayır, illərdir xaricdə yaşayanlar məmləkətdə hər problemə dözüb qalan, bacardığı qədər mübarizə aparanları mitinqə çıxmamaqda, aktiv olmamaqda suçlayır, 30 il müxalifətdə olanlar ağıllı sifət alıb uğur qazanmağın yollarından danışır, divanda oturan orduya necə davranmasını öyrədir, illərdir şəxsi uğur hekayəsi yarada bilməyən bunun günahını özündən başqa hamıda görür – siyahını uzada da bilərəm, amma mənzərə dəyişməyəcək, çünki sistem eynidir, sistemin oyun qaydaları eyni olanda, dəyişməyəndə, insanların davranış və düşüncəsi də dəyişmir, insanların düşüncəsi dəyişmədikcə də sistem yerində qalır – əcəb ePoxaya düşüb “kısır döngədə” fırlanana-fırlana qalmışıq...”

Natiq Cəfərlinin “Öz yazdığını özü satmağa çalışan yazar-çizərlər” ifadəsi yazıçı Kəramət Böyükçölün hiddətinə səbəb olub. 

Onlar şərhlərdə bir-birinə sərt şəkildə cavab veriblər: 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR