İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada GÜCLÜ YANĞIN: Saatlardır söndürmək mümkün olmur

Moskvanın Berejkovskaya sahilindəki üçmərtəbəli inzibati binada güclü yanğın baş verib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, min kvadratmetr sahəni əhatə edən yanğının söndürülməsinə 130-dan çox canlı qüvvə və 45 texnika cəlb olunub.

Bundan başqa, “Polkovnik Çernışev” yanğınsöndürmə gəmisi və təyyarələr də prosesdə iştirak edir.

Güclü yanğının ilkin səbəbi kimi elektrik naqillərindəki nasazlıq göstərilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, səhər saatlarında binada yerləşən ofislərdə elektrik enerjisində kəsilmələr baş verirmiş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR