İnsanlara hürriyət, millətlərə istiqlal!

"MİDA, ümumiyyətlə, bu işin daşın atmalıdır" - Ekspertdən ilginc açıqlama

"Hələ də donma, tutulma, sırf texniki məsələyə görə narazılıq yaranırsa, MİDA, ümumiyyətlə, bu işin daşın atmalıdır. Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalıb. Bu proses, ümumiyyətlə, ləğv edilməli, lotoreya üsuluna keçilməlidir".

Musavat.com bildirir ki, bu sözləri İT mütəxəssisi, tanınmış texnobloqer Fərid Pərdəşünas MİDA-nın bu gün güzəştli mənzillərin satışa çıxarması prosesinə münasibət bildirərkən deyib.

Fərid Pərdəşünas prosesdə hələ də texniki proseslərin baş verməsini tənqidlə qarşılayıb:

prezident-mukafatcisi-ferid-perd.jpg (63 KB)

"MİDA seçimin ədalətli keçməsi üçün hər şeyi etməyə çalışdı, amma bir şeyi nəzərdən qaçırdı. Seçim edən istifadəçilər evlərin siyahınsa çatanda klik etdikləri evlər dondu qaldı. Burada, əslində, klik edən anda sorğunun emal prosesi “backend”də başlamış oldu. Sadəcə “frontend”də bunu istifadəçiyə göstərə bilmədilər. Buna görə də istifadəçi dəfələrlə başqa evlərə klik etdi və ya səhifəni yeniləndi.

Bu donma qazanan istifadəçilərdə də yaşandı. Amma məsələ odur ki, istənilən halda seçim uğursuzdursa, bunu dərhal ekranda istifadəçiyə göstərmək lazımdır. Əks halda, seçimi şəffaf olaraq qələmə verə bilməzsən. Faktiki olaraq MİDA artıq neçənci dəfədir ki, bu işin texniki tərəfini qaldıra bilmir. Burada maksiumum 20,000 istifadəçidən söhbət gedir.

Rəqəm elə də böyük deyil, amma hələ də donma, tutulma, sırf texniki məsələyə görə narazılıq yaranırsa, MİDA, ümumiyyətlə, bu işin daşın atmalıdır. Artıq bu seçimlərə heç kimin nə güvəni, nə də inamı qalıb. Bu proses, ümumiyyətlə, ləğv edilməli, lotoreya üsuluna keçid edilməlidir. Baxmayaraq ki, mən ötən il çətinliklə də olsa, qalib olmuşam, amma ədalət naminə demək lazımdır ki, IT bacarıqları ən yüksək olan adamlar belə aciz qalırsa, güzəşt kateqoriyasında olan insanlar, ümumiyyətlə, nəyəsə ümid etməsinlər".

Qeyd edək ki, iyulun 29-da Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesi başa çatıb. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlının sözlərinə görə 1 022 mənzil üzrə seçim ərizələri imzalanıb, 167 mənzil seçilib və onlar üzrə ərizələr növbəti günün sonuna kimi imzalanıb təqdim olunacaq. deyə o bildirib. “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR