İnsanlara hürriyət, millətlərə istiqlal!

Merkelin memuarının Türkiyə ilə bağlı hissəsi tənqid doğurdu

Almaniyanın keçmiş kansleri Angela Merkelin Türkiyə ilə apardığı immiqrasiya danışıqlarından bəhs etdiyi və "milyonlarla immiqrantı Türkiyədə necə saxladıqlarını" izah etdiyi kitabına böyük tənqidlər var.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Merkel suriyalı qaçqınları özündə saxlamaq üçün Türkiyəni pul müqabilində razı saldıqlarını, söz versələr də, “türklər üçün vizaları ləğv etməyi unutduqları”nı izah edən kitaba qeyri-adi şərhlər gəlməyə başlayıb.

“Amazon”dan kitabla bağlı şərhlər bölməsində belə bir qeyd edilib: "Təəssüf ki, bu məhsulla bağlı fikir və qiymətləndirmələrinizi qəbul etmirik".

İlk olaraq Almaniyanın N-TV kanalı məsələni açıqlasa da, kitabı oxumamış minlərlə insanın yazdığı mənfi səciyyəli şərhlərin bu qərara səbəb olduğu düşünülür.

Merkelin Türkiyədən nə qədər şərh aldığı bilinmir, lakin avropalı oxucular Merkelin Türkiyədə milyonlarla mühaciri saxlamasını təmin etməsinə baxmayaraq, onun immiqrasiya siyasətini hələ də tənqid edirlər.

Merkelə qarşı kampaniyanın siyasi məqsəd daşıdığı iddia edilir.

Almanlar Merkelin əvvəlcə sərhədləri bağlamalı olduğunu bildirir, Almaniyanın daxili ictimai asayişinin pozulduğunu iddia edirlər.

Bildirilir ki, indiyədək “Amazon”a daxil olan şərhlərin 58 faizi müsbət, 31 faizi isə bir ulduzludur. Bu da ən pis göstəricidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR