Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban Avropanın təhlükəsizlik gündəminə dair növbəti qalmaqallı açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya Avropa üçün birbaşa təhlükə təşkil etmir, qitənin əsas problemi isə iqtisadi və texnoloji rəqabət qabiliyyətini itirməsidir.
“Əgər Avropa gücünü və təsirini itirirsə, bunun səbəbi Rusiya deyil, daxili zəifliklər və düzgün iqtisadi strategiyanın olmamasıdır,” – deyə Orban vurğulayıb.
Macarıstan lideri əlavə edib ki, NATO-nun Ukraynada iştirakı məntiqsizdir, çünki Ukrayna hələ də alyansın üzvü deyil: “NATO-nun Ukraynada işi yoxdur. Biz bu məsələyə soyuqqanlı və hüquqi çərçivədə baxmalıyıq".
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ