İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan əleyhdarlarına ŞOK

Ermənistanın hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” tərəfdarlarını təqib edir.

Musavat.com erməni mediasına istinadən bildirir ki, iyunun 25-i səhər tezdən onlar “Müqəddəs mübarizə” tərəfdarlarının evlərində axtarış aparmağa başlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın yaşadığı yerdə də əməliyyatlar aparır.

Bundan əlavə, “Daşnaksütyun” xəbər verir ki, hazırda Ali orqanın üzvü İqor Sarkisyanın, Abovyanda komitə üzvü Vardan Avakyanın, Hrazdanda komitə üzvü Artaşes Hunanyan və Noyemberyanda komitə üzvü Varazdat Amirakyanın mənzillərində axtarışlar aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR