İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Vaşinqtondan nüvə infrastrukturu üçün təzminat tələb edir

İranın xarici işlər nazirinin müavini Səid Xatibzadə ABŞ-ın son hərbi əməliyyatları nəticəsində İranın nüvə infrastrukturuna dəymiş zərərə görə Vaşinqtondan təzminat tələb etdiklərini bəyan edib.

Musavat.com xəbər verir ki, Xatibzadənin sözlərinə görə, İran bu məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına rəsmi şəkildə şikayət edəcək.

“Biz beynəlxalq hüquqa əsaslanaraq, ABŞ-ın hərəkətlərinə cavab verəcəyik və bu təxribatın nəticələrini aradan qaldırmaq üçün beynəlxalq mexanizmlərdən istifadə edəcəyik,” – deyə diplomat bildirib.

Tehran Vaşinqtonun İrana qarşı həyata keçirdiyi hava zərbələrinin ölkənin sülhməramlı nüvə fəaliyyətinə zərbə vurduğunu bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR