Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə bağlı açıqlamasında onunla yaxın zamanda görüşəcəyini və Ukraynanın mövcud vəziyyəti ilə bağlı məsələləri müzakirə edəcəyini bildirib. “Biz Zelenski ilə onun qarşılaşdığı çətinlikləri müzakirə edəcəyik. O, yaxşı oğlandır,” – deyə Tramp jurnalistlərə açıqlamasında qeyd edib.
Musavat.com xəbər verir ki, Tramp bu bəyanatı Ukrayna-Rusiya münaqişəsinin hələ də davam etdiyi və ABŞ-ın Kiyevə dəstəyinin beynəlxalq gündəmin əsas mövzularından biri olduğu bir zamanda verib. Hazırkı administrasiya Ukrayna məsələsində daha çox “sərt diplomatiya və konkret maraqlara əsaslanan yanaşma” tətbiq edir. Prezident Tramp əvvəllər dəfələrlə bildirib ki, onun rəhbərliyi altında münaqişənin tez bir zamanda həll olunması mümkündür.
Ağ Evdən verilən qeyri-rəsmi məlumatlara görə, Tramp administrasiyası Ukraynaya yardımların davam etdirilməsini, lakin bunun ABŞ maraqları çərçivəsində və daha ciddi şərtlərlə həyata keçirilməsinə tərəfdar çıxır.
Gözlənilir ki, Tramp və Zelenski yaxın günlərdə birbaşa əlaqə quracaq və mümkün kompromis yolları müzakirə ediləcək.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ