Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada iki Moldova vətəndaşının saxlanıldığını bildirib.
Musavat.com xəbər verir ki, onlar Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin tapşırıqlarını yerinə yetirməkdə və bu fəaliyyətin Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəldiyində şübhəli bilinirlər.
FSB-nin rəsmi açıqlamasında qeyd edilir ki, saxlanılan şəxslər ittihamları etiraf ediblər və istintaqa əməkdaşlıq edirlər.
Moldova hakimiyyəti isə məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Hadisə beynəlxalq səviyyədə diqqət çəkir və Rusiya–Moldova münasibətlərində yeni gərginlik ocağına çevrilə bilər.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ