İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə proqramını yenidən canlandırmağa cəhd edərsə, Vaşinqton yenidən hərbi zərbələr endirəcək.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, ABŞ İranın uranı zənginləşdirməsinə, xüsusilə hərbi məqsədlərlə, heç bir halda imkan verməyəcək.

“ABŞ İranın nüvə proqramını hərbi və ya mülki məqsədlərlə davam etdirməsinə icazə verməyəcək. Əgər onlar bu yola yenidən qayıtsa, biz dərhal cavab verəcəyik,” – deyə Tramp vurğulayıb.

Prezident əlavə edib ki, ABŞ-ın son zərbələri nəticəsində İranın bir neçə strateji nüvə obyektinə ciddi ziyan dəyib və bu obyektlərdəki materialların çıxarılması ehtimalı azdır. “Biz düşünürük ki, onlar hələ də oradadır,” – deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR