İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: İran və İsrail arasında atəşkəs uğurla davam edir

ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında əldə olunan atəşkəslə bağlı nikbin açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, atəşkəs prosesi çox yaxşı gedir və bu razılaşma hər iki tərəf üçün, o cümlədən İran üçün belə, qələbə sayılır.

Tramp əlavə edib ki, ABŞ zərbələrindən əvvəl İranın nüvə materiallarını ölkədən çıxarmağa vaxtı olmayıb. Bu da, onun fikrincə, ABŞ-ın sərt və vaxtında müdaxiləsinin effektivliyini göstərir.

Prezident bu gedişatı öz diplomatik yanaşmasının və yeni “Tramp doktrinası”nın uğuru kimi təqdim edib. Atəşkəsin davamlı olub-olmayacağı isə hələlik açıq qalır.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR