İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada “Tramp doktrinası” peyda olur: rejim dəyişikliyi yox, hədəfli zərbələr

ABŞ-ın vitse-prezidenti Cey Di Vens son günlər İrana qarşı endirilən hava zərbələrindən sonra beynəlxalq səviyyədə yeni xarici siyasət kursunun — "Tramp doktrinası"nın formalaşdığını bəyan edib.

Musavat.com xəbər verir ki, Vensin sözlərinə görə, bu doktrina əvvəlki kimi rejim dəyişdirmək və ya demokratiya ixrac etmək üzərində qurulmayıb. Əvəzində, o, diplomatik yanaşmanı əsas götürür, lakin zərurət yarandıqda sürətli və hədəfli hərbi gücdən istifadəyə imkan verir – uzunmüddətli müharibələrə girmədən.

“Biz rejim dəyişdirməyə çalışmırıq. İranda demokratiya qurmağa və ya oranı Viskonsin kimi etməyə çalışmırıq. Biz onların nüvə proqramını məhv edirik və sonra gedirik,” – deyə Vens Breitbart nəşrinə bildirib.

O əlavə edib ki, bu yanaşma təkcə respublikaçılar arasında deyil, ümumilikdə ABŞ-ın xarici siyasətində üstünlük təşkil edə bilər. “İnsanlar artıq anlayacaq ki, biz əvvəlcə diplomatiyanı sınaqdan keçiririk, amma bu uğursuz olarsa, üstün hərbi güc tətbiq edəcəyik,” – deyə vitse-prezident vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR