İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərdan yeni klipini təqdim etdi - VİDEO

“O səs Türkiyə” yarışmasında etdiyi çıxışla populyarlaşan müğənni Mərdan Kazımov yeni klipini təqdim edib.

Musavat.com xəbər verir ki, sözləri və musiqisi Elvin Muxtar, Kamil Səmədli və müğənninin özünə məxsus olan “Səbəbi sən”in klipi artıq “Youtube” kanalına yerləşdirilib. Klipin rejissorluğunu Fuad Tofiqoğlu edib.

“Davamlı öz üzərimdə çalışıram. Öz dəsti-xəttim var. Azərbaycanın musiqi sahəsində yenilik, fərqlilik etməyə çalışıram. Düşünürəm ki, bu məndə alınır. Daha zövqlü musiqilərin ərsəyə gəlməsi üçün biz gənclər çox çalışmalıyıq. Əminəm ki, hədəfimizə çatacağıq.

Sonunda keyfiyyətli musiqi qazanacaq” – deyə ifaçı bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR