İnsanlara hürriyət, millətlərə istiqlal!

“Wildberries” sahibi ölümlə hədələndiklərini bildirib

“Wildberries” şirkətinin sahibi, dünən soyadını Bakalçukdan Kimə dəyişmiş Tatyana Kim şirkətin ofislərinə qarşı planlaşdırılan zorakılıq aktları barədə şikayət ərizəsi verib.

Musavat.com mk.ru saytına istinadla xəbər verir ki, Kimin nümayəndəsi sentyabrın 19-da istintaq orqanlarına müraciət edib.

T.Kim ərizəsində bildirib ki, keçmiş əri Vladislav Bakalçukun adamları üç gün ərzində əmlakın dağıdılması və kütləvi iğtişaşlarla ofislərin ələ keçirilməsini təşkil etməyə hazırlaşırlar. “Wildberries” təhlükəsizlik xidmətinin məlumatına görə, aksiyanın hər bir iştirakçısına gündə təxminən 12 min rubl vəd edilib.

Bundan əlavə, Kim Bakalçukun özünə qarşı da şikayət edib. O bildirib ki, Bakalçuk şirkətin xidmət inkişafı departamentinin direktorunun ünvanına “kimsə arxadan güllə atanda...”, “qisas anı tezliklə gələcək” kimi ölüm hədələri səsləndirib.

Daha bir ittiham kompüter məlumatlarına icazəsiz girişlə bağlıdır. T.Kimin sözlərinə görə, ötən həftə Bakalçukun adamlarından biri elə edib ki, çox sayda sifariş “ləğv olunub” cavabı alıb və bu, ciddi ziyana səbəb olub. Həmçinin, hələ yayda bəzi şəxslərin müştəri bazasına daxil olmaq üçün “Wildberries” işçilərinə rüşvət verməyə çalışdıqları iddia edilir.

Tatyana Kimin bu ifadəsi araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR