İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasının ofisi köçürülür?

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının mərkəzi ofisinin Sayat-Nova-Çarents kəsişməsindən başqa yerə köçürülməsi xəbəri yayılıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu xəbər ən çox həmin binanın yaxınlığındakı insanları sevindirib.

Bununla bağlı yerli “Past” qəzeti xüsusi yazı həsr edib.

“Fakt budur ki, Nikol Paşinyan hər dəfə ofisə gələndə (son vaxtlar bu, tez-tez baş verir), yaxınlıqdakı ərazi “fövqəladə rejim zonasına” çevrilir. Əvvəla, nəqliyyat iflic olur, sonra ərazi baş verən hər şeyi yaxından izləyən çoxlu təhlükəsizlik işçiləri ilə əhatə olunur. Hələ ofisin yaxınlığındakı qırmızı xətlərdə parkinqdən söhbət gedə bilməz. Digər tərəfdən, insanlar Nikol Paşinyanın mühafizəçilərinin diqqət mərkəzinə düşməsindən və onların “Niyə sən irəli-geri gedirsən?”, “Burada nə edirsən?”, “Niyə bu xüsusi səki ilə hərəkət edirsən?” kimi axmaq suallarından şikayətlənirlər. Əldə etdiyimiz məlumata görə, yerli sakinlərin və təşkilat işçilərinin Paşinyanın ofisinin köçürülməsi ilə bağlı sevinci çox çəkməyib. Onlara bu məsələnin hələlik təxirə salındığı barədə məlumat verilib”, - deyə qəzet yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR