İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası (MR) Baş nazirinin müavini vəzifəsindən azad olunub.

Musavat.com report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı sərəncama əsasən, Bəxtiyar İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan MR Baş nazirinin müavini Bəxtiyar İbrahim oğlu Məmmədovun VII çağırış muxtar respublika Ali Məclisinə deputat seçilməsi Naxçıvan MR Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR