Onlayn ictimai-siyasi qəzet
Üzgüçülük üzrə üçqat olimpiya çempionu Adam Piti Parisdə keçirilən Olimpiya Oyunlarında idmançılara verilən yeməklərin keyfiyyətindən şikayətlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “iNews” məlumat yayıb.
29 yaşlı britaniyalının sözlərinə görə, idmançılar Olimpiya kəndindəki restoranlarda onlara verilən balıqlarda qurd tapırlar.
“Burada qidalanma idmançıların çıxış etməli olduğu səviyyədə deyil. Bacardığımız hər şeyi göstərməyə borcluyuq. Tokioda yeməklər heyrətamiz, Rioda isə inanılmaz idi. Amma bu dəfə... Növbə sistemi olmadığından yemək üçün 30 dəqiqə gözləməli oluruq.
Mən ət istəyirəm, mübarizə aparmaq üçün mənə bu lazımdır. Evdə də belə qidalanıram. Bəs niyə mən nəyisə dəyişməliyəm? Mən də balığı sevirəm, amma idmançılar onun içində qurd tapırlar. Bu yaxşı hal deyil. Mən sadəcə insanların öz işlərində daha yaxşı olmasını istəyirəm”, - Adam Piti deyib.
Qeyd edək ki, bundan əvvəl də Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar narazılıqlar ediblər.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ