İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət Nazirliyi müsabiqə elan edib

Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, müsabiqə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ulu öndərin mədəniyyətə və mədəni irsə qayğısını rəhbər tutaraq, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, vətənpərvərlik hissinin aşılanması, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunur.

Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir.

Müsabiqə qaliblərinin adları 2023-cü il sentyabr ayının 20-də elan olunacaq.

Milləti mədəniyyət, mədəniyyəti millət yaşadar! Sən də bu missiyanın bir hissəsi olmaq istəyirsənsə, müsabiqəyə qoşul, fərqli və yaradıcı yanaşmanı təqdim et, qalib ol.

Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 20 iyul – 4 sentyabr 2023-cü il tarixlərində onlayn şəkildə təqdim edə bilərlər.

Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR