Onlayn ictimai-siyasi qəzet
Bakıda 45 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan şirkət rəhbərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Musavat.com xəbər verir ki, “Anangard” MMM, “Elegant Constuction” MMC və daha bir neçə şirkətin rəhbəri olan 48 yaşlı Elmir 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 45 nəfərdən fərdi yaşayış evlərinin tikintisi üçün pul alıb. Zərərçəkmişlərdən müxtəlif məbləğlərdə pul alan Elmir vədlərinə əməl etməyərək işləri yarımçıq saxlayıb və vətəndaşların pulunu qaytarmayıb.
Elmir ifadəsində başqa şəxslər tərəfindən dələduzluğa məruz qaldığını və hazırda davam edən bir məhkəmə işində zərərçəkmiş olduğunu deyib. Onun sözlərinə görə, həmin iş üzrə 360 min manat maddi ziyanı ala bilmədiyi üçün şikayətçilərin pulunu ödəyə bilmir.
İstintaq zamanı müəyyən edilib ki, 45 nəfərə dəymiş ümumi zərər 857 min manatdır. Həmin zərərdən sadəcə 121 min manatı vətəndaşlara qaytarılıb.
Elmir daha əvvəl bir neçə dəfə məsuliyyətə cəlb edilib. Zərərçəkmiş şəxslərdən bir neçəsi onlara dəymiş zərərin ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət ediblər və onların xeyrinə qərar çıxarılıb. Lakin Elmir həmin məhkəmə qərarlarını icra etmədiyi üçün də cərimələnib.
İ.Muradov
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ