Onlayn ictimai-siyasi qəzet
Yaponiya hökuməti Şimali Koreyaya qarşı sanksiyaları daha iki il uzatmaq qərarına gəlib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, məlumatı Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında açıqlayıb.
Sanksiyalara ikitərəfli ticarətə tam qadağa da daxildir: “Biz bu qərarı Yaponiya vətəndaşlarının oğurlanması və Şimali Koreyanın nüvə raket proqramı kimi həll olunmamış problemlərin hərtərəfli həlli üçün hər cür səy göstərmək niyyətimizə əsaslanaraq qəbul etdik”. Tokionun məhdudlaşdırıcı tədbirləri, həmçinin Şimali Koreya gəmilərinin, eləcə də əvvəllər bu ölkənin limanlarına səfər etmiş gəmilərin Yaponiya limanlarına girişinə qadağa da daxildir.
Yaponiyanın Şimali Koreyaya qarşı sanksiyaları 2006-cı ildə tətbiq edilib və hazırda müddəti 2027-ci ilin aprel ayına qədər uzadılıb. Pxenyan və Tokionun diplomatik əlaqələri və Yaponiyanın qərarl ilə onlar arasında birbaşa nəqliyyat əlaqəsi yoxdur.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ